Haqqımızda

Azadfikir.az – sözün, fikrin və obyektiv informasiyanın ünvanıdır. Biz fəaliyyətə Azərbaycan mediasının inkişafına töhfə vermək, cəmiyyətə doğru, dəqiq və məsuliyyətli məlumat çatdırmaq məqsədi ilə başladıq.

Saytımızın əsas missiyası cəmiyyətin ictimai-siyasi proseslərdən xəbərdar olmasını təmin etmək, hüquqi maarifləndirməni artırmaq, demokratik dəyərləri və sağlam düşüncə mədəniyyətini təşviq etməkdir.

Bizim üçün dövlətçilik prinsiplərinə sadiqlik, milli maraqlara xidmət və ictimai məsuliyyət dəyişməz dəyərlərdir. Azadfikir.az komandası Azərbaycanın müstəqilliyinə, suverenliyinə və inkişaf yoluna hörmətlə yanaşır, dövlətə sədaqəti peşəkar fəaliyyətin əsas sütunu kimi qəbul edir.

Burada yayımlanan hər bir yazı, reportaj və araşdırma şəffaflıq, obyektivlik və etibarlılıq prinsiplərinə əsaslanır. Oxucularımıza yalnız təsdiqlənmiş faktlar, müasir yanaşmalar və real ictimai ehtiyaca cavab verən məlumatlar təqdim etməyə çalışırıq.

Azadfikir.az – fikrin azad olduğu, amma məsuliyyətin unudulmadığı bir platformadır.
Məqsədimiz cəmiyyətdə sağlam fikir formalaşdırmaq, problemləri gündəmə gətirmək və həqiqəti olduğu kimi çatdırmaqdır.

Xəbər lenti