26-12-2025, 13:12
Azadfikir.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Lakin Ailə Məcəlləsi, eləcə də “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında “valideyn himayəsindən məhrum olmuş uşaq” adı altında vahid bir anlayışdan istifadə olunur.
Bu xüsusda təklif olunan dəyişikliklərə əsasən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş uşaqlar” anlayışı “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı kimi təsbit ediləcək.
Eyni zamanda layihədə digər normativ hüquqi aktlara yuxarıda qeyd olunan zərurətdən irəli gələn uyğunlaşma çərçivəsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Valideynlərini itirmiş uşaqlarla bağlı anlayış dəyişdirilir
Qanunvericilikdəki “valideynlərini itirmiş uşaqlar” anlayışı “valideyn himayəsindən məhrum olmuş uşaqlar” kimi təsbit ediləcək.
Azadfikir.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib.
Lakin Ailə Məcəlləsi, eləcə də “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında “valideyn himayəsindən məhrum olmuş uşaq” adı altında vahid bir anlayışdan istifadə olunur.
Bu xüsusda təklif olunan dəyişikliklərə əsasən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş uşaqlar” anlayışı “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı kimi təsbit ediləcək.
Eyni zamanda layihədə digər normativ hüquqi aktlara yuxarıda qeyd olunan zərurətdən irəli gələn uyğunlaşma çərçivəsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
-
23-12-2025, 14:15Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiqləyəcək -
15-12-2025, 17:36Yeni yaradılan Təşkilat Komitəsinin sədri Samir Şərifov oldu -SƏRƏNCAM -
15-12-2025, 13:45Sabiq dövlət müşaviri vəfat etdi - Prezident nekroloq imzaladı -
4-12-2025, 10:30Mülki Məcəllə: gündəlik həyatımızın hüquqi dayağı -
21-11-2025, 16:55Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
