1-01-2026, 10:11
Azadfikir.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Bu peşə sahibləri üçün sosial sığorta haqqı dəyişidi
Bu gündən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları dəyişib.
Azadfikir.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Beləliklə, toy, şənlik və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 5 faizindən 8 faizinə qaldırılıb.
Çəkməçi, pinəçi, bərbər, dərzi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, həmçinin ev qulluqçuları, dayələr, fərdi sürücülər, bağbanlar, aşpazlar, gözətçilər, ofisiantlar və fərdi baytarlar üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 3 faizindən 5 faizinə yüksəldilib.
Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləğinə tətbiq edilən əmsallar isə hazırkı kimi qalacaq. Başqa sözlə, bu fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği əmsallar tətbiq edilməklə müəyyən olunur.
2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunub:
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
Digər şəhər və rayonlarda – 1,0.

Oxşar xəbərlər
-
22-12-2025, 13:17İşçilərin yemək xərcləri vergiyə cəlb olunur? – Rəsmi İZAH -
19-12-2025, 13:35Bu əməlləri törədənlər 30 min manat cərimə ediləcək -
27-11-2025, 17:32İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil - Detallar açıqlandı -
27-11-2025, 16:4516 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı -
20-11-2025, 13:15Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək