1-01-2026, 16:44
Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə əlaqədar yeni şərt müəyyənləşib.
Azadfikir.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.
Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad olacaq.
O cümlədən Azərbaycan Respublikasının ərazisində istehsal olunan yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin idxalı bu gündən 7 il müddətinə ƏDV-dən azad ediləcək.
Bu avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt müəyyənləşdi

Oxşar xəbərlər
-
1-01-2026, 11:21Naxçıvanda yeni vergi güzəştləri tətbiq ediləcək - Bu gündən -
26-12-2025, 13:57Bu şəxslər gəlirin 50%-ni qonorar kimi ala biləcək -
1-12-2025, 13:15Vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısı dəyişdi -
22-11-2025, 12:30Prezident açılış etdi - FOTOLAR -
21-11-2025, 17:45Naxçıvanda sahibkarlığın inkişafı üçün yeni vergi güzəştləri