21-11-2025, 15:15
Gələn il yanvarın 1-dən vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyərinin 75 faizi həddində azaldılacaq.
Azadfikir.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən, vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyəri həddində azaldılır.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Təhsil, tibb, mədəniyyət və idman sahəsində əmlak vergisi yeni qaydada hesablanacaq
Gələn il yanvarın 1-dən vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyərinin 75 faizi həddində azaldılacaq.Azadfikir.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən, vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyəri həddində azaldılır.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
-
21-11-2025, 14:36Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır -
21-11-2025, 15:157 illik vergi güzəşti ləğv olunur - Bu qədər ödəyəcəyik -
21-11-2025, 14:45Ölkəyə telefon gətirənlərin nəzərinə: 100 manat rüsum alınacaq -
21-11-2025, 14:15Bu avtomobillərin satışı ƏDV-dən azad edilir -
21-11-2025, 13:45Media subyektlərinin gəlir vergisindən azadolma müddəti artırılır
