21-01-2026, 11:00

İnsan bədənindəki mikrobioma trilyonlarla canlı ilə zəngindir

İnsan bədənindəki mikrobioma 100 trilyondan çox mikroorqanizm ehtiva edir və bu canlılar sağlamlığımız üçün həyati rol oynayır.

Azadfikir.az xəbər verir ki, onlar bakteriyalar, viruslar, göbələklər və digər mikrob tiplərini əhatə edir. Mikroblar əsasən bağırsaq, dəri, ağız boşluğu və tənəffüs yollarında yerləşir və həzm prosesini asanlaşdırmaq, vitaminləri sintez etmək, immun sistemi gücləndirmək və patogen mikrobların artmasının qarşısını almaq kimi funksiyaları yerinə yetirir. 

Mikrobiomanın tarazlığı pozulduqda isə piylənmə, yüksək qan şəkəri, allergiyalar və hətta psixi sağlamlıq problemləri yarana bilər. Son tədqiqatlar göstərir ki, hər insanın mikrobioma profili fərqlidir və gələcəkdə “mikrobiom terapiyası” vasitəsilə bir sıra xəstəliklərin qarşısı alınacaq. İnsan bədənindəki bu trilyonlarla canlı hələ uzun illər elm adamlarının diqqət mərkəzində olacaq və mikrobiomanın sirrləri araşdırıldıqca yeni tibbi imkanlar ortaya çıxacaq.



Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti