22-01-2026, 12:25
Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsinin digər üsullarla özbaşına tutulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaradır və Məcəllənin 188.1-ci maddəsində bu cür hallara görə səkkiz min manatdan on min manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Azadfikir.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən, həmin əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə – təqsirkar şəxs (şəxslər) üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd edilib ki, yuxarıda göstərilən əməllər təkrar və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – təqsirkarı beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Torpaqlardan səmərəli və təyinatı üzrə istifadə edilməlidir. Qanunvericiliyə əməl etmək isə hamımızın borcudur.
Torpaq sahəsini özbaşına tutanları bu cəza gözləyir

Oxşar xəbərlər
-
16-01-2026, 17:26İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi -
19-12-2025, 15:51Əkin yerinin yandırılmasına görə yeni cərimələr -
19-12-2025, 13:35Bu əməlləri törədənlər 30 min manat cərimə ediləcək -
5-12-2025, 14:47Abidələri qəsdən məhv etməyə görə cəzalarsərtləşdirilir -
5-12-2025, 13:15Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək