22-11-2025, 22:00
Prezident İlham ƏLİYEVİN sərəncamı ilə uzun illər Azərbaycan ədəbiyyatındakı səmərəli fəaliyyətinə görə gözəl insan, istedadlı şair Vahid ƏZİZ “ ŞƏRƏF” ordeni ilə təltif edilmişdir. Bu yüksək və alı mükafat üçüçn əziz dostum Vahid Əzizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı bildirirəm.Vahid Əzizi tələbəlik illərindən, yəni 60 ilə yaxındır ki, tanıyıram və bu illər ərzində o, heç dəyişmədi. Deyirlər vəzifə insanı dəyişdirir. Vahid Əziz hələ tələbə vaxtından, özü də əyani oxuya-oxuya Moskvada Xəbərlər Mətbuat Agentliyinin Azərbaycan üzrə xüsusi müxbiri işləyirdi. Sonralar daha böyük vəzifələrdə olub. Uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində ən məsul vəzifədə çalışıb. Amma heç vaxt, heç zaman dəyişilməyib, tələbəlik illərində necə idi elə də qalıb.O, çox ləyaqətli, şərəfli, mənən zəngin bir insandır Bu əziz günündə qədim və əziz dostumu bağrıma basır,sevincinə ürəkdən şərik olur, sağlıqlı uzun ömür, və yaradıcılığında daha möhtəşəm uğurlar arzulayıram... Allahın nəzəri həmişə üstündə olsun.
Nizami Təhməzov
"Azadfikir.az" informasiya portalının rəhbəri
Vahid Əzizə ‘Şərəf’ Ordeni: 60 illik dostluğun fəxarəti

Oxşar xəbərlər