Azadfikir.az xəbər verir ki, Japoniyada haiku 17-ci əsrdə formalaşmış qısa poetik janrdır və əsasən təbiət, fəsillər və insan hissləri ilə bağlı olur. Haiku ənənəvi olaraq üç misradan ibarət olur və misralarda 5-7-5 heca qaydası tətbiq olunur.
Haiku poeziyasının banisi hesab olunan Matsuo Basho (1644–1694) bu janrı yüksək sənətkarlıqla inkişaf etdirərək onu dünya ədəbiyyatına tanıtmışdır. Onun şeirlərində sadə sözlərlə dərin məna ifadə olunur və oxucuda təbiət, sükut və daxili düşüncə ilə bağlı təsir yaradır.
Haiku yalnız qısa forma ilə seçilmir, həm də düşüncəni sıx və poetik şəkildə ifadə etmə bacarığı ilə tanınır. Bu janr həm klassik, həm də müasir dövrdə dünyanın müxtəlif ölkələrində ədəbiyyatsevərlər tərəfindən maraqla öyrənilir və yaradılır.
17-ci əsrdə yaranan haiku şeiri Yaponiyanın poetik ənənələrinin əsas simvollarından biri kimi dəyərləndirilir və qlobal ədəbiyyatın inkişafına böyük təsir göstərmişdir.
