5-02-2026, 14:57
SİMA yeni nəsil rəqəmsal imzanın “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiyası təmin olunub.
Azadfikir.az xəbər verir ki, artıq sistemdə digər elektron imza vasitələri ilə yanaşı, “SİMA İmza”dan da istifadə etmək mümkündür. Belə ki, ipoteka krediti və ya satmaq öhdəliyi ilə kirayə mənzil almaq istəyən vətəndaşlar sistemə SİMA rəqəmsal imza ilə daxil olaraq, elektron kabinet yarada və bütün növ müqavilələri imzalaya bilərlər.
Qeyd edək ki, bu yenilik İpoteka və Kredit Zəmanət Fondunun “AzInTelecom” MMC ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Sözügedən inteqrasiya vətəndaşlar üçün vaxt və əlavə xərclərin qarşısının alınması, göstərilən xidmətlərin səmərəliliyinin artırılması məqsədi daşıyır.
SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Ətraflı məlumatı www.sima.az saytından və ya 157 Zəng Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.
Bu ildən kirayə mənzillər “SİMA İmza” ilə də əldə ediləcək
SİMA yeni nəsil rəqəmsal imzanın “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiyası təmin olunub.Azadfikir.az xəbər verir ki, artıq sistemdə digər elektron imza vasitələri ilə yanaşı, “SİMA İmza”dan da istifadə etmək mümkündür. Belə ki, ipoteka krediti və ya satmaq öhdəliyi ilə kirayə mənzil almaq istəyən vətəndaşlar sistemə SİMA rəqəmsal imza ilə daxil olaraq, elektron kabinet yarada və bütün növ müqavilələri imzalaya bilərlər.
Qeyd edək ki, bu yenilik İpoteka və Kredit Zəmanət Fondunun “AzInTelecom” MMC ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Sözügedən inteqrasiya vətəndaşlar üçün vaxt və əlavə xərclərin qarşısının alınması, göstərilən xidmətlərin səmərəliliyinin artırılması məqsədi daşıyır.
SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Ətraflı məlumatı www.sima.az saytından və ya 157 Zəng Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.
Oxşar xəbərlər
-
30-01-2026, 12:38Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar -
23-01-2026, 14:30Tender müqavilələrinin imzalanması ilə bağlı YENİLİK -
7-01-2026, 09:58Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı -
26-11-2025, 11:03“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi -
19-11-2025, 16:45AZAL və “Viasat” saziş imzaladı
