28-11-2025, 16:59
Hikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçirib
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.
Azadfikir..az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi “X” hesabında məlumat verib.
Brüsselə səfəri çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə NATO Baş Qərargahında görüş keçirib.
Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.
Tərəflər genişmiqyaslı məsələlər üzrə, o cümlədən uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri barədə, Avropanın enerji təhlükəsizliyi, regional təhlükəsizliyə dair məsələlər və Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
-
29-11-2025, 11:15“Tramp dəhlizi”ndə “Made in Türkiye” loqosu? -
27-11-2025, 15:05İlham Əliyev Bakıda zavod açılışında -
21-11-2025, 10:22Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır -
19-11-2025, 18:00Heydər Əliyev siyasəti və İlham Əliyevin müasir inkişaf strategiyası -
18-11-2025, 17:30Hikmət Hacıyev Zəngəzur dəhlizinin tərkib hissəsi olan yoldan video paylaşıb