2-12-2025, 16:45
"Azadfikir.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Parlamentdə minimum əməkhaqqı məsələsi müzakirə olundu
"Bu illər ərzində ölkədə əməkhaqqı fondu 3,2 dəfə artıb. Aylıq 500 milyon manatdan 1 milyard 600 milyon manata qədər artımları müşahidə edirik".
"Azadfikir.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, bu artımların böyük hissəsi özəl sektorla bağlıdır: "Özəl sektorda əməkhaqqı fondu 3,6 dəfə artıb. Biz minimum əməkhaqqının mütəmadi olaraq artırılmasını təmin edirik. Ötən müddət ərzində biz bunun 3,1 dəfə artırılmasına nail olmuşuq. Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Biz bu islahata başlayanda minimum əməkhaqqın məbləği 130 manat idi”, - deyə nazir bildirib.
Oxşar xəbərlər
-
27-11-2025, 17:32İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil - Detallar açıqlandı -
27-11-2025, 15:05İlham Əliyev Bakıda zavod açılışında -
24-11-2025, 15:15Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Bu vəsaiti kimlər ala biləcək? -
20-11-2025, 16:152026-cı ildə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcək -
20-11-2025, 15:45Nazir gələn il pensiyaların nə qədər artacağını açıqladı

