3-12-2025, 14:45
Əsas məzuniyyət və onun müddətləri qaydalarında dəyişiklik ediləcək.
Məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.
Layihəyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq.
Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.
Bayram günlərinin məzuniyyət dövrünə düşməsi ilə bağlı yeni qayda

Oxşar xəbərlər
-
3-12-2025, 14:15Gecə növbəsi işləyənlərin ailə vəzifələri nəzərə alınacaq -
29-11-2025, 11:15“Tramp dəhlizi”ndə “Made in Türkiye” loqosu? -
27-11-2025, 17:32İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil - Detallar açıqlandı -
21-11-2025, 16:55Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı -
21-11-2025, 13:45Media subyektlərinin gəlir vergisindən azadolma müddəti artırılır