19-11-2025, 10:15

Türkiyədə saxlanılan Azər Həsənsoyla Elşən Abdulrəhimov azadlığa buraxıldı


Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin bıçaqlanması işi ilə bağlı Türkiyədə saxlanılan Azərbaycan vətəndaşları - Azər Həsənsoyla Elşən Abdulrəhimov azadlığa buraxılıb. 

Azadfikir.az  xəbər verir ki, qərar Antalya məhkəməsinin hökmü ilə çıxarılıb. 

Xatırladaq ki, Araz Musayev mayın 28-də Türkiyədə bıçaqlanıb. Ona boyun və qarın nahiyəsindən iki bıçaq zərbəsi vurulub.
Hadisə İFMA üzrə dünya çempionatının keçirildiyi Antalyada baş verib. Hadisə ilə bağlı 3 Özbəkistan, 2 Azərbaycan vətəndaşı saxlanılmışdı.


Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti