6-12-2025, 10:15
Azadfikir.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib.
Agentlik bildirir ki, problemli kreditlər 2024-cü ilin sonunda da təxminən 3% səviyyəsində tarixi minimumda qalıb, həmin kreditlərin ehtiyatlarla əhatə olunması 112% təşkil edib. Qeyri-neft sektorunun güclü fəaliyyəti borcalanların ödəniş qabiliyyətini artıraraq aktiv keyfiyyətini dəstəkləyir.
“Moody’s” qeyd edir ki, Azərbaycan bankları üçün əsas məhdudiyyət yüksək depozit dollarlaşmasıdır. 2025-ci ilin sentyabrında xarici valyuta depozitləri ümumi depozitlərin 38%-i olub (2020-ci ildə 56%). Bununla belə, manatla likvidlik dedollarizasiya və dövlət dəstəyi nəticəsində yaxşılaşıb.
Hesabata görə, müştəri depozitləri bankların əsas maliyyələşmə mənbəyidir və sistem üzrə öhdəliklərin təxminən 75%-ni təşkil edir. Aktivlərin 39%-i likvid vəsaitlərdən ibarət olduğundan bank sektorunun xarici şoklara davamlılığı yüksək qiymətləndirilir.
Azərbaycan manatı ilə bağlı vacib proqnoz
Manatın sabitliyi dollar kreditlərinə müsbət təsir edib
Azadfikir.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib.
“Moody’s”in məlumatına görə, manatın uzunmüddətli sabitliyi bank sektorunda xarici valyutada olan kreditlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Xarici valyuta kreditlərinin payı 2020-ci ildə 30%-dən 2024-cü ildə 16%-ə, 2025-ci ilin sentyabrında isə 14%-ə düşüb.
Agentlik bildirir ki, problemli kreditlər 2024-cü ilin sonunda da təxminən 3% səviyyəsində tarixi minimumda qalıb, həmin kreditlərin ehtiyatlarla əhatə olunması 112% təşkil edib. Qeyri-neft sektorunun güclü fəaliyyəti borcalanların ödəniş qabiliyyətini artıraraq aktiv keyfiyyətini dəstəkləyir.
“Moody’s” qeyd edir ki, Azərbaycan bankları üçün əsas məhdudiyyət yüksək depozit dollarlaşmasıdır. 2025-ci ilin sentyabrında xarici valyuta depozitləri ümumi depozitlərin 38%-i olub (2020-ci ildə 56%). Bununla belə, manatla likvidlik dedollarizasiya və dövlət dəstəyi nəticəsində yaxşılaşıb.
Hesabata görə, müştəri depozitləri bankların əsas maliyyələşmə mənbəyidir və sistem üzrə öhdəliklərin təxminən 75%-ni təşkil edir. Aktivlərin 39%-i likvid vəsaitlərdən ibarət olduğundan bank sektorunun xarici şoklara davamlılığı yüksək qiymətləndirilir.
Oxşar xəbərlər
-
5-12-2025, 09:45Qeyri-neft sektorunun inkişafı və Azərbaycanın iqtisadi transformasiyası -
4-12-2025, 09:304 dekabr – Beynəlxalq Banklar Günü: maliyyə sabitliyinin qlobal əhəmiyyəti -
27-11-2025, 15:05İlham Əliyev Bakıda zavod açılışında -
20-11-2025, 16:152026-cı ildə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcək -
19-11-2025, 11:00Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun yeni mərhələsi

