10-12-2025, 11:46
“Biz artıq bir ildir ki, “MyLift” elektron platforması üzərində çalışırıq və onu 2026-cı ildə istifadəyə verməyi planlaşdırırıq”.
Azadfikir.az xəbər verir ki, bu sözləri Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.
O bildirib ki, bu tətbiq vasitəsilə hər bir vətəndaş istifadə etdiyi liftin təhlükəsizliyi barədə məlumatı anında görə biləcək, liftlərin hansı texniki səviyyədə olduğuna dair göstəricilərlə tanış ola biləcək: "Real vaxt rejimində aparılan yoxlamalar da sistemdə əks olunacaq. Bu yeniliklə lift xidmətləri ilə bağlı şikayətlərin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Platforma 2026-cı ildə vətəndaşların istifadəsinə təqdim olunacaq”, - o vurğulayıb.
Qeyd edək ki, Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsi Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilir.
Vətəndaşlar liftin vəziyyəti ilə bağlı elektron məlumat əldə edəcəklər
“Biz artıq bir ildir ki, “MyLift” elektron platforması üzərində çalışırıq və onu 2026-cı ildə istifadəyə verməyi planlaşdırırıq”.Azadfikir.az xəbər verir ki, bu sözləri Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.
O bildirib ki, bu tətbiq vasitəsilə hər bir vətəndaş istifadə etdiyi liftin təhlükəsizliyi barədə məlumatı anında görə biləcək, liftlərin hansı texniki səviyyədə olduğuna dair göstəricilərlə tanış ola biləcək: "Real vaxt rejimində aparılan yoxlamalar da sistemdə əks olunacaq. Bu yeniliklə lift xidmətləri ilə bağlı şikayətlərin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Platforma 2026-cı ildə vətəndaşların istifadəsinə təqdim olunacaq”, - o vurğulayıb.
Qeyd edək ki, Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsi Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilir.
Oxşar xəbərlər
-
6-12-2025, 12:15Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə -
29-11-2025, 11:15“Tramp dəhlizi”ndə “Made in Türkiye” loqosu? -
28-11-2025, 10:15Kino sahəsində yeni elektron xidmət istifadəyə verildi -
27-11-2025, 15:05İlham Əliyev Bakıda zavod açılışında -
24-11-2025, 14:45"mygov" platformasından istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb
