16-12-2025, 14:45
Bu şəxslər vəfat etdikdə vərəsələrinə müavinət ödəniləcək
Azadfikir.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
-
16-12-2025, 14:18Vətən müharibəsi iştirakçıları cəzalarından tam azad ediləcək -
8-12-2025, 12:15YENİLİK! Səkkiz min manatlıq müavinət… Kimlərə veriləcək? -
5-12-2025, 14:45Hərbi xidmətə çağırılan dövlət qulluqçuları üçün imtiyaz müəyyənləşir -
5-12-2025, 13:54Vəfat edən bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək -
5-12-2025, 13:15Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək

