20-12-2025, 11:39
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu – İkisi itkin düşdü
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Azadfikir.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov məlumat yayıb.
Bildirilib ki, Cəlilabad rayon sakini Elnur Aydın oğlu Mirismayılzadə Rusiya ordu sıralarından daxil olduğu döyüşdə həyatını itirib. O, Rusiya Müdafiə Nazirliyinin tərkibindəki “Axmat Sever” hərbi birləşməsində döyüşürmüş.
Bundan başqa, Rusiya tərəfdən müharibəyə qoşulmuş iki həmyerlimizin də itkin düşməsi məlum olub. Belə ki, Sumqayıt şəhər sakini Bəhlul Zülfüqar oğlu Abbasov Ukraynanın Çasov Yar yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə iştirak edəndən sonra itkin düşüb. Xeyli vaxtdır onun taleyi barədə məlumat almaq mümkün olmayıb.
Həmçinin Lənkəran rayonu Xanbulan kənd sakini Anar Nurməmməd oğlu Cabbarov da 4 aya yaxındır Rusiya-Ukrayna cəbhəsində itkin düşüb.
Fotoda: Elnur Mirismayılzadə

Fotoda: Anar Cabbarov

Fotoda: Bəhlul Abbasov

Oxşar xəbərlər
-
18-12-2025, 09:3018 dekabr tarixində dünyada baş vermiş maraqlı hadisələr -
9-12-2025, 12:40Onlara leytenant rütbəsi veriləcək -
29-11-2025, 10:15Paşinyanın seçki rəqibindən şok hədə - Bakının B planı -
20-11-2025, 09:45Qarakənd faciəsindən 34 il ötür -
20-11-2025, 10:15Ağdamın işğaldan azad edilməsindən 5 il ötür