20-11-2025, 12:15
Azərbaycanda yaxın vaxtlarda dövlət idarəçiliyində genişmiqyaslı struktur islahatları və optimallaşdırma tədbirləri həyata keçiriləcək.
Azadfikir.az-ın əldə etdiyi məlumata görə, artıq bu istiqamətdə hazırlanmış təkliflər planı Nazirlər Kabinetinə təqdim olunub. Təkliflərin yaxın müddətdə hökumət tərəfindən təsdiqlənəcəyi gözlənilir.
İslahatlar çərçivəsində bəzi dövlət qurumlarının ləğv edilməsi, nazirliklərdə funksional baxımdan bir-birini təkrarlayan idarə və şöbələrin, eləcə də bəzi agentliklərin birləşdirilməsi planlaşdırılır.
Dəyişikliklərin əsasən Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və bu agentliyin tabeliyində olan qurumları, həmçinin digər dövlət təşkilatlarını əhatə edəcəyi bildirilir.//Qaynarinfo
Hansı dövlət qurumları ləğv olunacaq? – Plan hazırlandı
Azərbaycanda yaxın vaxtlarda dövlət idarəçiliyində genişmiqyaslı struktur islahatları və optimallaşdırma tədbirləri həyata keçiriləcək.Azadfikir.az-ın əldə etdiyi məlumata görə, artıq bu istiqamətdə hazırlanmış təkliflər planı Nazirlər Kabinetinə təqdim olunub. Təkliflərin yaxın müddətdə hökumət tərəfindən təsdiqlənəcəyi gözlənilir.
İslahatlar çərçivəsində bəzi dövlət qurumlarının ləğv edilməsi, nazirliklərdə funksional baxımdan bir-birini təkrarlayan idarə və şöbələrin, eləcə də bəzi agentliklərin birləşdirilməsi planlaşdırılır.
Dəyişikliklərin əsasən Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və bu agentliyin tabeliyində olan qurumları, həmçinin digər dövlət təşkilatlarını əhatə edəcəyi bildirilir.//Qaynarinfo
Oxşar xəbərlər
-
21-11-2025, 16:48MİRAS yaradılıb - FƏRMAN -
21-11-2025, 15:45Aksiz dərəcələrindən icbari tibbi sığorta fonduna ayırmalar dayandırılır -
21-11-2025, 11:45İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı -
20-11-2025, 16:152026-cı ildə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcək -
20-11-2025, 11:15Əlilliyi olan şəxslərlə bağlı yeni qərar
