20-11-2025, 17:45
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Azadfikir.az xəbər verir ki, Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Oxşar xəbərlər
-
20-11-2025, 11:15Əlilliyi olan şəxslərlə bağlı yeni qərar -
20-11-2025, 10:15Ağdamın işğaldan azad edilməsindən 5 il ötür -
19-11-2025, 17:45Vəkillərin fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər təsdiqlənib -
19-11-2025, 16:45Prezidentdən Kamran Əliyevlə bağlı Sərəncam -
19-11-2025, 18:00Heydər Əliyev siyasəti və İlham Əliyevin müasir inkişaf strategiyası