18-11-2025, 15:15
Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək.
Azadfikir.az milli.az-a istinadla xəbər verir ki, bir dəfəlik yardımın məbləği 30 manat olacaq və yardımın dekabr ayında verilməsi nəzərdə tutulur.
Bəs birdəfəlik yardımı necə almaq olar?
Əlilliyi olan vətəndaşlar müraciət üçün Sosial Xidmətlər Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin sxa@sosial.gov.az elektron ünvanına göndərə bilərlər.
Xatırladaq ki, sözügedən maddi yardımla bağlı müraciətlərə növbəlilik qaydasında baxılacaq.
Qeyd edək ki, 1992-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi Bəyannaməyə görə dekabrın 3-ü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunur. BMT üzvü olan digər ölkələr kimi bu tarix Azərbaycanda da qeyd olunur.
Azadfikir.az milli.az-a istinadla xəbər verir ki, bir dəfəlik yardımın məbləği 30 manat olacaq və yardımın dekabr ayında verilməsi nəzərdə tutulur.
Bəs birdəfəlik yardımı necə almaq olar?
Əlilliyi olan vətəndaşlar müraciət üçün Sosial Xidmətlər Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin sxa@sosial.gov.az elektron ünvanına göndərə bilərlər.
Xatırladaq ki, sözügedən maddi yardımla bağlı müraciətlərə növbəlilik qaydasında baxılacaq.
Oxşar xəbərlər
-
18-11-2025, 16:00Xəzərdə su səviyyəsinin enməsinin 15-20 il davam edəcəyi gözlənilir - Coğrafiya İnstitutu -
18-11-2025, 15:30Səməd Həsənov yüksək vəzifəyə TƏYİN OLUNDU -
18-11-2025, 14:19İş günü qısaldılacaq -
18-11-2025, 12:13Nazirliklərə nəzarət artırılır - Yeni qaydalar təsdiqləndi -
18-11-2025, 11:05İsrail ABŞ-ın BMT TŞ-yə təqdim etdiyi Qəzza qətnaməsini rədd edib

