18-11-2025, 11:05

İsrail ABŞ-ın BMT TŞ-yə təqdim etdiyi Qəzza qətnaməsini rədd edib

Birləşmiş Millətlər Təhlükəsizlik Şurası ABŞ tərəfindən irəli sürülən və Prezident Donald Trampın Qəzza üçün 20 bəndlik sülh planını dəstəkləyən qətnamə layihəsini təsdiqləyib.

Azadfikir.az  xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. Sözügedən qətnaməyə əsasən Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılması, beləliklə də təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulur. Həmçinin, Qəzzada Trampın rəhbərlik edəcəyi Sülh Şurasının fəaliyyətə başlaması keçid administrasiyası rolunu oynayacaq. Planda Fələstinin müstəqilliyi və dövlətçiliyi üçün də yollar müəyyən edilmişdir.

Qətnamənin qəbulu bir çox ölkə tərəfindən müsbət qarşılansa da, Həmas qruplaşması bunun İsrailin mənafeyinə xidmət etdiyini əsas gətirərək planı rədd edib.


Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti