18-11-2025, 16:30
Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 4 noyabr 2008-ci il tarixli qərarında dəyişiklik edib.
Azadfikir.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Belə ki, nahar yeməyi xərci 60 manatdan 90 manata, şam yeməyi xərci 80 manatdan 120 manata, tədbir ərzində 2 dəfədən artıq olmamaq şərtilə ziyafət xərci 120 manatdan 180 manata, gün ərzində tədbirin təşkili ilə bağlı cəlb olunan yardımçı heyət (sürücülər, könüllülər, təhlükəsizlik işçiləri və s.) üçün yemək xərci 20 manatdan 30 manata, gün ərzində danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi və qəlyanaltı xərci 20 manatdan 30 manata qaldırılıb.
Bundan başqa, nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün dəftərxana xərci 60 manatdan 80 manata, nümayəndə heyətinin üzvləri üçün dəftərxana xərci 30 manatdan 40 manata, nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün xatirə hədiyyələrinin alınması xərci 150 manatdan 200 manata, nümayəndə heyətinin üzvləri üçün xatirə hədiyyələrinin alınması xərci isə 50 manatdan 70 manata qaldırılıb.
Bu tədbirlərlə bağlı xərc normaları artırıldı
Azadfikir.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, ölkədə keçirilən tədbirlərlə bağlı xərc normalarının yuxarı həddi artırılıb.
Belə ki, nahar yeməyi xərci 60 manatdan 90 manata, şam yeməyi xərci 80 manatdan 120 manata, tədbir ərzində 2 dəfədən artıq olmamaq şərtilə ziyafət xərci 120 manatdan 180 manata, gün ərzində tədbirin təşkili ilə bağlı cəlb olunan yardımçı heyət (sürücülər, könüllülər, təhlükəsizlik işçiləri və s.) üçün yemək xərci 20 manatdan 30 manata, gün ərzində danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi və qəlyanaltı xərci 20 manatdan 30 manata qaldırılıb.
Bundan başqa, nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün dəftərxana xərci 60 manatdan 80 manata, nümayəndə heyətinin üzvləri üçün dəftərxana xərci 30 manatdan 40 manata, nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün xatirə hədiyyələrinin alınması xərci 150 manatdan 200 manata, nümayəndə heyətinin üzvləri üçün xatirə hədiyyələrinin alınması xərci isə 50 manatdan 70 manata qaldırılıb.
Oxşar xəbərlər
-
18-11-2025, 16:15Baş nazir iki milli parkla bağlı qərar verdi -
18-11-2025, 16:00Xəzərdə su səviyyəsinin enməsinin 15-20 il davam edəcəyi gözlənilir - Coğrafiya İnstitutu -
18-11-2025, 15:45“TikTok”-da bu paylaşımları edənləri 3-7 il cəza gözləyir — Hüquqşünas -
18-11-2025, 15:00Azərbaycan və Ermənistan deputatları görüşdü -
18-11-2025, 12:13Nazirliklərə nəzarət artırılır - Yeni qaydalar təsdiqləndi
