19-11-2025, 12:15
““Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaqdır”.
Azadfikir.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
"Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də ilk növbədə bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur".
S.Babayev qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur: "Bu, Cənab Prezident tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik".
Azad edilmiş ərazilərə ayrılmış vəsait açıqlandı
Azadfikir.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, 2020-ci ilin sonundan etibarən yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənib:
"Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də ilk növbədə bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur".
S.Babayev qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur: "Bu, Cənab Prezident tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik".
Oxşar xəbərlər
-
18-11-2025, 16:30Bu tədbirlərlə bağlı xərc normaları artırıldı -
18-11-2025, 16:00Xəzərdə su səviyyəsinin enməsinin 15-20 il davam edəcəyi gözlənilir - Coğrafiya İnstitutu -
18-11-2025, 15:00Azərbaycan və Ermənistan deputatları görüşdü -
18-11-2025, 12:13Nazirliklərə nəzarət artırılır - Yeni qaydalar təsdiqləndi -
18-11-2025, 10:54AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
