19-11-2025, 14:45
"Qanunvericiliyə görə, orta aylıq əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşmə aparılmalıdır. Lakin bununla bağlı qərarlar ya Nazirlər Kabineti tərəfindən qəbul edilir, ya da birbaşa prezident fərmanı ilə təsdiqlənir. Praktikada isə bu tip artımlar daha çox prezident fərmanı ilə həyata keçirilir".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, bildirib ki, hazırda gözlənilir ki, yaxın vaxtlarda bu sahədə rəsmi qərar veriləcək:
"Hesablamalara görə, pensiyanın baza hissəsi artdıqda, təqaüdçülər əlavə maliyyə dəstəyi alacaqlar. Məsələn, nəzərə alsaq ki, ölkədə təqaüdçülərin yarısı təqribən 400-450 manat civarında pensiya alır, 10% artım onların pensiyasına təxminən 40-45 manat əlavə qatacaq. Bu artım bir çox ailə üçün gündəlik xərclərdə əhəmiyyətli bir rahatlıq təmin edə bilər".
Ekspert bildirib ki, bu addım, həmçinin sosial müdafiə sistemindəki indeksləşmənin və pensiya artım mexanizminin şəffaflığını və ədalətliliyini göstərir:
"Artım həm də inflyasiya və yaşayış xərclərini nəzərə alaraq təqaüdçülərin gəlirlərinin real dəyərini qorumağa xidmət edir".
ŞAD XƏBƏR! Bu şəxslərin əmək pensiyası artacaq
"Qanunvericiliyə görə, orta aylıq əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşmə aparılmalıdır. Lakin bununla bağlı qərarlar ya Nazirlər Kabineti tərəfindən qəbul edilir, ya da birbaşa prezident fərmanı ilə təsdiqlənir. Praktikada isə bu tip artımlar daha çox prezident fərmanı ilə həyata keçirilir".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, bildirib ki, hazırda gözlənilir ki, yaxın vaxtlarda bu sahədə rəsmi qərar veriləcək:
"Hesablamalara görə, pensiyanın baza hissəsi artdıqda, təqaüdçülər əlavə maliyyə dəstəyi alacaqlar. Məsələn, nəzərə alsaq ki, ölkədə təqaüdçülərin yarısı təqribən 400-450 manat civarında pensiya alır, 10% artım onların pensiyasına təxminən 40-45 manat əlavə qatacaq. Bu artım bir çox ailə üçün gündəlik xərclərdə əhəmiyyətli bir rahatlıq təmin edə bilər".
Ekspert bildirib ki, bu addım, həmçinin sosial müdafiə sistemindəki indeksləşmənin və pensiya artım mexanizminin şəffaflığını və ədalətliliyini göstərir:
"Artım həm də inflyasiya və yaşayış xərclərini nəzərə alaraq təqaüdçülərin gəlirlərinin real dəyərini qorumağa xidmət edir".
Oxşar xəbərlər
-
19-11-2025, 12:45Azərbaycanda urbanizasiya sürətlənir: Kəndlər niyə boşalır? -
18-11-2025, 16:45Ekspert saytların çökməsinin səbəbini açıqladı -
18-11-2025, 16:00Xəzərdə su səviyyəsinin enməsinin 15-20 il davam edəcəyi gözlənilir - Coğrafiya İnstitutu -
18-11-2025, 15:45“TikTok”-da bu paylaşımları edənləri 3-7 il cəza gözləyir — Hüquqşünas -
18-11-2025, 14:30Rusiya neftini su qiymətinə satır: 23 dollara təklif olunur
