18-11-2025, 11:08

Qızıl və gümüşün qiyməti enib


Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

MUMtv.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,61% azalaraq 4 008,91 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 2,6% azalaraq 49,395 ABŞ dolları olub.




Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti