15-12-2025, 09:45

15 dekabr ABŞ-da Hüquqlar Haqqında Bil Günü kimi qeyd edilir

15 dekabr tarixinin ABŞ-da Hüquqlar Haqqında Bil Günü kimi qeyd olunması XVIII əsrin sonlarına gedib çıxır. 

Azadfikir.az xəbər verir ki, 1791-ci il 15 dekabrda ABŞ Konstitusiyasına edilən ilk on düzəliş rəsmi olaraq ratifikasiya olunub və hüquqi qüvvə qazanıb. Bu düzəlişlər Amerika müstəqillik müharibəsindən sonra yaranmış yeni dövlətin vətəndaş azadlıqlarını qorumaq ehtiyacından irəli gəlirdi. ”Hüquqlar Haqqında Bil” adlanan bu düzəlişlər söz və mətbuat azadlığı, din seçimi, ədalətli məhkəmə araşdırması və şəxsi toxunulmazlıq kimi fundamental hüquqları təsbit edirdi. Günün xüsusi tarix kimi qeyd olunması isə daha sonra ABŞ-da hüquqi şüurun formalaşması məqsədi ilə dövlət səviyyəsində təşviq edilib. Hüquq nəzəriyyəsində bu sənəd konstitusionalizm anlayışının əsas dayaqlarından biri hesab olunur. 

Hüquqlar Haqqında Bil Günü bu gün yalnız ABŞ üçün deyil, ümumilikdə müasir insan hüquqları sisteminin formalaşmasına təsir göstərmiş tarixi mərhələnin simvolu kimi dəyərləndirilir.



Hadisələri telegramda anında izləyin!
Keçid et

Xəbər lenti