16-12-2025, 15:36
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı dəyişiklik
Azadfikir.az xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına və onların əvəzedicilərinə, energetik içkilərə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərin hər bir ədədinə 2 manat;
- elektron siqaretlər üçün mayenin hər litrinə 100 manat.
Layihədə birdəfəlik istifadə üçün elektron siqaret və elektron siqaretlər üçün maye ilə bağlı müddəların qanunvericilikdən çıxarılması təklif edilir.
Oxşar xəbərlər
-
5-12-2025, 13:15Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək -
1-12-2025, 13:15Vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısı dəyişdi -
28-11-2025, 15:30Qaynama kosmosda niyə fərqlidir ? - Ağırlıqsızlıq şəraitinin fiziki sirləri -
21-11-2025, 16:55Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı -
21-11-2025, 15:45Aksiz dərəcələrindən icbari tibbi sığorta fonduna ayırmalar dayandırılır

