20-12-2025, 11:25
ABŞ və Azərbaycan ikitərəfli işçi qrupu ilk görüşünü keçirdi
Vaşinqtonda ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupu ilk görüşünü keçirib.
Azadfikir.az xəbər verir ki, bu barədə ABŞ Səfirliyi məlumat yayıb.
"Dünən Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın 8 avqust tarixində keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ölkələrimizin ikitərəfli işçi qrupunun ilk iclası çərçivəsində bir araya gəldilər.
Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə etdik.
ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər
-
11-12-2025, 13:50Prezident Berdiməhəmmədova zəng etdi - Türkmənistana gedə bilməyəcək -
5-12-2025, 16:45Bu halda işçilərin əmək müqaviləsinə xitam veriləcək – YENİ QAYDA -
29-11-2025, 11:15“Tramp dəhlizi”ndə “Made in Türkiye” loqosu? -
28-11-2025, 16:59Hikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçirib -
21-11-2025, 16:55Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı